Trampdan İrana ultimatum: “Bir saata…”
ABŞ Prezidenti Donald Tramp İranla bağlı növbəti sərt açıqlama verib.
TodayPress TV bu barədə xarici mediaya istinadən xəbər verir.
O bildirib ki, əgər Tehran nüvə sazişi ilə bağlı razılığa gəlməsə, yenidən hərbi addımlar atacaq.
“İranlılar razılığa gəlməsələr, geri qayıdacağam və işi sona çatdıracağam. Onların yenidən bərpa olunması isə əbədiyyət qədər uzun çəkəcək. Bir saatdan az müddətdə onların körpülərinin böyük hissəsini məhv edə bilərəm”, - deyə Tramp bildirib.
Kübra Musayeva