Tramp bu dəfə İspaniyanı "hədəf taxtası"na qoydu - Əlaqələrə yenidən baxılacaq!
ABŞ Prezidenti Donald Tramp İspaniyanı NATO çərçivəsində sərt tənqid edib və bu ölkə ilə ticarət əlaqələrinə yenidən baxılacağını açıqlayıb.
TodayPress TV xəbər verir ki, Tramp çıxışı zamanı ABŞ-nin artıq İspaniya ilə ticarət əməkdaşlığını davam etdirmək istəmədiyini bildirib.
“Biz artıq İspaniya ilə heç bir ticarət işi görmək istəmirik. İspaniya NATO-da çox pis tərəfdaşdır”, – deyə ABŞ prezidenti vurğulayıb.
Nicat Osmanlı