Ruttedən Putinə sərt xəbərdarlıq: "Bizimlə oyun oynamayın"
NATO-nun Baş katibi Mark Rutte Rusiya Prezidenti Vladimir Putinə və Moskvaya sərt mesaj ünvanlayıb.
TodayPress TV xəbər verir ki, Baş katib NATO-nun heç bir ölkəyə hücum etmək niyyətində olmadığını, alyansın yalnız öz üzvlərinin təhlükəsizliyini qoruduğunu bildirib.
“Bizimlə oyun oynamayın. Biz heç vaxt heç bir ölkəyə hücum etməyəcəyik. Biz yalnız öz həyat tərzimizi, demokratiyamızı və torpaqlarımızı müdafiə edəcəyik”, – deyə o vurğulayıb.
Nicat Osmanlı