Tramp Ərdoğana canlı yayımda tələ qurdu: O da İranı sevmir

Tramp Ərdoğana canlı yayımda tələ qurdu: O da İranı sevmir
08.07.2026 12:45 Dünya

ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı diqqətçəkən açıqlamalar verib.

TodayPress TV xəbər verir ki, Tramp bu fikirləri Ankarada jurnalistlərə açıqlaması zamanı səsləndirib.

"Düşünürəm ki, Ərdoğan da İranı sevmir. Ərdoğan, göründüyü kimi, çox sağlam düşüncəli insandır, iranlılar isə tamamilə dəli olublar", – deyə ABŞ Prezidenti bildirib.

Tramp qeyd edib ki, Türkiyə lideri onu çox səmimi qarşılayıb və onu "möhtəşəm insan" adlandırıb.

ABŞ prezidenti bildirib ki, İsrailin Baş naziri Benyamin Netanyahu ilə söhbəti zamanı Türkiyə və Ərdoğan mövzusu da müzakirə olunub.

Onun sözlərinə görə, Netanyahu Türkiyə və Ərdoğan barədə sərt fikirlər səsləndirib. Tramp isə cavabında Ərdoğanla danışdığını və onun İsraili sevməməsinə baxmayaraq, ABŞ-nin xahişi ilə müharibəyə qoşulmadığını bildirib.

Tramp əlavə edib ki, Türkiyə güclü orduya malik dövlətdir, müasir silahlara sahibdir və F-35 qırıcılarını əldə etməyə çalışır.

"Əgər mən olmasaydım, o, bu müharibəyə qoşulardı və qarşı tərəfdə yer alardı", – deyə Tramp vurğulayıb.

Qiymət Mahir

XƏBƏR LENTİ
08 IYUL 2026
Bütün Xəbərlər