Tramp: "Vaşinqtonda nəhəng zəfər tağı tikiləcək"

Tramp: "Vaşinqtonda nəhəng zəfər tağı tikiləcək"
15.12.2025 10:58 Dünya

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda dünyanın ən möhtəşəm zəfər tağı olacağını bildirib.

TodayPress TV xəbər verir ki, o, bu barədə Ağ Evdə keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, Vaşinqton böyük şəhərlər arasında zəfər tağı olmayan yeganə paytaxtdır və bu vəziyyət dəyişdiriləcək.

Tramp əlavə edib ki, zəfər tağı Arlington körpüsü ərazisində, Abraham Linkoln memorialının qarşı tərəfində inşa olunur. Prezident qeyd edib ki, yeni tağ Parisdəki Zəfər Tağını xatırladacaq, lakin onu bütün göstəricilər üzrə üstələyəcək.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
22 IYUN 2026
Bütün Xəbərlər