Tramp Tailand və Kambocanı rüsumlarla hədələdi
ABŞ Prezidenti Donald Tramp Tailand və Kambocaya döyüş əməliyyatlarını dayandırmadıqları halda, hər iki ölkəyə qarşı yeni rüsumlar tətbiq edəcəyini bildirib.
TodayPress TV xəbər verir ki, Tramp bu barədə "The Wall Street Journal" nəşrinə müsahibəsində danışıb.
O, Tailand və Kamboca rəhbərləri ilə telefon danışığı apardığını deyərək bildirib ki, müharibə davam edərsə, ticarət razılaşmalarını ləğv edəcək və əlavə rüsumlar tətbiq edəcək.
ABŞ Prezidenti həmçinin qeyd edib ki, tariflər onun xarici siyasətində təsirli vasitə kimi istifadə olunur.
Türkan İsgəndərli