Tramp: "Heç kim bizə hücum etməyəcək, çünki onlar ağıllıdırlar"

Tramp: "Heç kim bizə hücum etməyəcək, çünki onlar ağıllıdırlar"
01.09.2026 00:00 Dünya

ABŞ Prezidenti Donald Tramp ölkəsinin digər dövlətlərin hücumuna məruz qalacağına dair təhlükənin olmadığını bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Prezidenti Ağ Evdə çıxışı zamanı məlumat verib.

“Heç kim bizə hücum etməyəcək. Bilirsiniz niyə? Çünki onlar ağıllıdırlar”, - deyə Tramp vurğulayıb.

Lider, həmçinin fövqəladə vəziyyətlər zamanı lazım ola biləcəyi üçün ABŞ-də dərman preparatlarının istehsalı zamanı zəruri maddələr ehtiyatının olmasının vacibliyini qeyd edib. O əlavə edib ki, administrasiyası ölkədə dərmanların qiymətinin aşağı salınmasına yönəlmiş bəzi tədbirlər görür.

Aysel Mətləb

XƏBƏR LENTİ
01 SENTYABR 2026
Bütün Xəbərlər