ABŞ İrana zərbə planını masaya qoydu, son söz Trampındır!

ABŞ İrana zərbə planını masaya qoydu, son söz Trampındır!
31.08.2026 23:27 Dünya

ABŞ Hörmüz boğazı ərazisində İrana məhdud miqyaslı zərbələr endirə bilər.

TodayPress TV xəbər verir ki, bu barədə “Axios” ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp və administrasiyanın bir neçə yüksək vəzifəli nümayəndəsi İranın radarlarını və raket imkanlarını bərpa etməsinin qarşısını almaq üçün Hörmüz boğazı ərazisinə məhdud zərbələr endirmək imkanını nəzərdən keçirirlər.

Portalın qeyd etdiyi kimi, ABŞ bununla İranın Hörmüz boğazında neft tankerlərinə mümkün hücumu, eləcə də regionda ABŞ hərbi gəmilərinə və təyyarələrinə zərbələr endirməsi riskini azaltmağa ümid edir.

“Axios” bildirir ki, müvafiq planlar ABŞ hərbçiləri tərəfindən hazırlanıb və ötən həftə Pentaqon rəhbəri Pit Heqset tərəfindən dəstəklənib. Lakin hazırkı ana qədər Tramp onların həyata keçirilməsi barədə göstəriş verməyib.

Aysel Mətləb

XƏBƏR LENTİ
01 SENTYABR 2026
Bütün Xəbərlər