Tesla 13 min avtomobilini geri çağırır

Tesla 13 min avtomobilini geri çağırır
22.10.2025 21:40 Dünya

ABŞ-nin elektrik avtomobil istehsalçısı Tesla bəyan edib ki, batareya paketindəki texniki nasazlıq səbəbindən təxminən 13 min avtomobili geri çağıracaq.

TodayPress TV xarici mediaya istinadən xəbər verir ki, qərar 2025-ci il "Model 3" və 2026-cı il "Model Y" avtomobillərinə aiddir.

Bildirilib ki, sözügedən nasazlıq avtomobilin güc itkisinə səbəb ola bilər və bu da yol-nəqliyyat hadisəsi riski yaradır.

Ümumi olaraq 12 963 avtomobilin geri çağırılması planlaşdırılır.

Aynur TAC

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər