Tehran iddiaları rədd etdi! - Cenevrədə saziş imzalanacağı barədə xəbərlər tamamilə yalandır

Tehran iddiaları rədd etdi! - Cenevrədə saziş imzalanacağı barədə xəbərlər tamamilə yalandır
12.06.2026 20:20 Dünya

İran Cenevrədə sazişin imzalanmağa hazır olması barədə mətbuatda yayılan xəbərləri “tamamilə yalan” adlandıraraq rədd edib.

TodayPress TV xəbər verir ki, bu barədə İranın danışıqlar qrupuna yaxın olan və adı açıqlanmayan mənbə "Fars" agentliyinə bildirib.

Mənbənin sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın və bəzi xarici media qurumlarının sazişin yekunlaşdırıldığı və iyunun 14-ü Cenevrədə imzalanmasının planlaşdırıldığı barədə iddialar tamamilə həqiqətdən uzaqdır.

Əlavə edilib ki, İranın daxili nəzərdən keçirmə və qərar qəbul etmə prosesi hələ başa çatmayıb.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər