TƏCİLİ! Ukrayna dronları bu şəhərə sızdı, inzibati bina vuruldu... - VİDEO
Nijni Novqorodda vilayət məhkəməsinin binası Ukrayna dronunun zərbəsi nəticəsində zədələnib.
TodayPress TV xəbər verir ki, bu barədə qubernator Qleb Nikitin məlumat verib. Onun sözlərinə görə, xəsarət alan olmayıb.
"Telegram" kanallarında yayılan foto və videolara əsasən, binanın yuxarı mərtəbəsinə cüzi ziyan dəyib. Məhkəmə ətrafı polis tərəfindən mühasirəyə alınıb.
Şəhər meri Yuri Şalabayev bildirib ki, HHM qüvvələri Nijni Novqorod və Kstovo üzərində pilotsuz uçuş aparatlarını vurub. Onun sözlərinə görə, inzibati binanın dam örtüyündə lokal zədələr qeydə alınıb, lakin yanğın baş verməyib.
Rusiya Müdafiə Nazirliyi gecə ərzində 62 Ukrayna pilotsuz aparatının vurulduğunu açıqlayıb. Nijni Novqorod vilayətinə neçə dronun hücum etdiyi isə dəqiqləşdirilməyib.