Surinamın keçmiş prezidenti Santokhi vəfat etdi
Surinamın keçmiş prezidenti Çan Santokhi vəfat edib.
TodayPress TV xəbər verir ki, bu barədə Surinam Prezidenti Cenifer Gierlinqs-Simons məlumat verib.
O bildirib ki, Santokhinin müxtəlif dövlət vəzifələrində göstərdiyi xidmətlər həmişə xatırlanacaq.
Sabiq prezidentin ölüm səbəbi hələ açıqlanmayıb.
Qeyd edək ki, “Çan” ləqəbi ilə tanınan Santokhi 2020–2025-ci illərdə Surinamın prezidenti vəzifəsində çalışıb. O, bundan əvvəl isə 2005–2010-cu illərdə ədliyyə naziri postunu tutub.
Qiymət Mahir