Starmer: “Danışıqlar irəliləyişlə nəticələndi”

Starmer: “Danışıqlar irəliləyişlə nəticələndi”
19.08.2025 10:45 Dünya

"Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp, Ukrayna lideri Volodimir Zelenski və Avropa siyasətçilərinin iştirakı ilə keçirilən danışıqlar real irəliləyişlə nəticələnib".  

TodayPress TV xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Kir Starmer deyib. 

“Sammitdə iştirak edən Avropa liderləri, Prezident Tramp və Zelenski arasında əsl birlik hissi var idi”, - deyə Starmer vurğulayıb. 

Britaniyanın Baş naziri danışıqların iki mühüm nəticəsini qeyd edib. Onun sözlərinə görə, “istəklilər koalisiyası” Ukraynanın təhlükəsizliyini təmin etmək üçün ABŞ ilə əməkdaşlıq edəcək. Digər mühüm nəticə isə Vladimir Putin və Zelenski arasında ikitərəfli razılaşmanın əldə olunacağı barədə razılıq olub. 

Xatırladaq ki, Starmer Ağ Evdəki görüş zamanı təkcə Ukraynanın deyil, bütövlükdə Avropanın təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulamışdı. Fransa Prezidenti Emmanuel Makron isə Ukrayna məsələsi üzrə Avropanın iştirakı ilə dördtərəfli görüşün keçirilməsini təklif edib. Bununla yanaşı, o, Rusiya, ABŞ və Ukrayna arasında Avropasız ayrıca bir görüşün ola biləcəyini istisna etməyib. 

Aysel Mətləb

XƏBƏR LENTİ
02 IYUN 2026
Hörmüz boğazının bağlanmasının ağır nəticələri açıqlandı 20:38 İsrail və Livanda nə baş verir? 21:25 Gənc avarçəkənlərimiz Qazaxıstanda tam heyətlə medal qazandılar 21:15 Bakı daha bir mühüm tədbirə ev sahibliyi edəcək 20:27 Türkiyədən Yaxın Şərqlə bağlı diqqətçəkən açıqlama: "İsrail sabitliyə can atmır" 18:45 "Bütün dünya buna qarşıdır" - Rubio İrana qarşı beynəlxalq mövqedən danışdı 20:23 ABŞ kəşfiyyatında yeni dövr: Trampdan mühüm təyinat 18:59 İran iqtisadiyyatı SOS siqnalı verir: 1942-ci ildən bəri ən ağır inflyasiya 20:19 Kanada və Azərbaycanın XİN rəhbərləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdilər - YENİLƏNDİ 19:42 Əfqanıstanın Baş naziri İlham Əliyevi təbrik etdi 20:08 Ermənistan vətəndaşlarının apellyasiya məhkəməsində vəsatətlərə baxıldı 20:02 Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə oldu 19:54 İsrail döyüş təyyarələri yenidən Nəbatiyyəni hədəfə aldı - VİDEO 19:52 "İrandakı rejim parçalanmış vəziyyətdədir" - Rubio 19:38 Sahibə Qafarova Serbiyada gender bərabərliyinin təmin edilməsinin vacibliyindən danışdı 19:27 Milli Məclisdə Türkiyə nümayəndə heyəti ilə görüş keçirildi 19:19 Bakı Dünya Kubokuna hazırlaşır: Su İdmanı Sarayında müvəqqəti dəyişikliklər 19:09 Məsud Pezeşkian Azərbaycan Prezidentini təbrik etdi 19:02 Rusiya və Tanzaniya liderləri bir araya gəlir 18:53 AGF-də mühüm qərarlar: Komitəyə yeni üzvlər seçildi 18:21 Tramp NATO Sammitində iştirak edəcək? - Hakan Fidan açıqladı 18:37 İsrail və Livan yenidən danışıqlar masasına oturdu 18:29 İƏT-in Baş katibi İlham Əliyevi təbrik etdi 18:17 Muxtar Babayev IUCN-nin baş direktoru ilə görüşdü 18:08 Azərbaycanlı generalın qarşısına çıxan İran sərhədçiləri - böyük müzakirə doğurdu 17:54 Bütün Xəbərlər