Starmer: "Britaniya ABŞ və İran arasındakı danışıqlardan məlumatlıdır"

Starmer: "Britaniya ABŞ və İran arasındakı danışıqlardan məlumatlıdır"
23.03.2026 20:00 Dünya

Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ və İran arasında aparıldığı güman edilən münaqişəyə son qoymaq üçün danışıqlardan xəbərdar olduğunu bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə o, İcmalar Palatasında komitə rəhbərlərinin suallarını cavablandırarkən qeyd edib.

"Mətbuatda yer alan ABŞ və İran arasında danışıqları alqışlayıram. Bunun baş verdiyindən xəbərdar idik", - deyə Baş nazir vurğulayıb.

Starmer vurğulayıb ki, hazırda əsas vəzifə münaqişənin tezliklə həlli və İranın, xüsusən də nüvə silahı sahəsində fəaliyyətinə sərt məhdudiyyətlər qoyan sazişin hazırlanmasıdır.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər