Şeyma Subaşı saxlanıldı
Türkiyənin sosial media fenomeni Şeyma Subaşı İstanbul Hava Limanında saxlanılıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Milliyet" qəzeti məlumat yayıb.
Məlumata görə, o, ABŞ-dən Türkiyəyə qayıdarkən aeroportda saxlanılıb.
İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan narkotik təhqiqatı çərçivəsində Şeyma Subaşı barəsində saxlanılma qərarı verilmişdi.