Səudiyyə Ərəbistanında 10 dron zərərsizləşdirildi

Səudiyyə Ərəbistanında  10 dron zərərsizləşdirildi
15.03.2026 11:51 Dünya

Səudiyyə Ərəbistanı hava hücumundan müdafiə sistemləri paytaxt Ər-Riyad və ölkənin şərq bölgələri ətrafında 10 ədəd pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib.

TodayPress TV  xəbər verir ki, bu barədə rəsmi Səudiyyə mənbələri məlumat yayıb.

Hücumdan qısa müddət sonra İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyanat yayaraq baş verənlərlə hər hansı əlaqəsinin olmadığını bildirib. SEPAH-ın rəsmi açıqlamasında deyilir:

"Bu hücumun İran İslam Respublikası ilə heç bir əlaqəsi yoxdur. Səudiyyə hökuməti hücumların mənşəyini başqa yerdə axtarmalıdır".

Qeyd edək ki, regionda davam edən hərbi gərginlik fonunda Səudiyyə Ərəbistanının hava məkanı tez-tez müxtəlif istiqamətlərdən gələn dron və raket təhdidləri ilə üzləşir.  

TodayPress TV  

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər