"Saudi Aramco" Hörmüzdəki fasilələrə görə Yanbu marşrutunu işə saldı

"Saudi Aramco" Hörmüzdəki fasilələrə görə Yanbu marşrutunu işə saldı
24.03.2026 00:30 Dünya

Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco” Hörmüz boğazındakı fasilələrə görə Yanbu limanı vasitəsilə alternativ enerji marşrutlarını işə salıb.

TodayPress TV xəbər verir ki, bu barədə şirkət açıqlama yayıb.

Bildirilib ki, Hörmüz boğazında çətinliklər davam etdiyi bir vaxtda daşımalar fərqli yollarla həyata keçirilir:

“Şirkət dəyişən regional şəraitə cavab olaraq, Yanbu limanı üzərindən alternativ ixrac marşrutları vasitəsilə etibarlı enerji tədarükünü davam etdirir. Komandalarımız müştərilərlə sıx əməkdaşlıq edərək daşımaların təhlükəsiz və səmərəli şəkildə maksimum dərəcəyə çatdırılması üçün çalışırlar. Proses zamanı prioritetimiz bazar sabitliyini dəstəkləməklə yanaşı, əməliyyatların kəsilməzliyini təmin etməkdir”.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər