Sakura festivalı ləğv edildi
Yaponiyada Sengen parkında keçirilən illik sakura festivalı ləğv edilib.
TodayPress TV xəbər verir ki, festivalın ləğv olma səbəbi turistlərin davranışlarının kəskin şəkildə pisləşməsi olub.
Şəhər meri Sigeru Horiutin bildirib ki,bəzi turistlər şəxsi həyətlərdə ehtiyaclarını ödəyib, icazəsiz şəkildə özəl ərazilərə daxil olub və ətrafı zibilləyiblər.
Hazırda Sakura mövsümünə görə şəhərdə 10 mindən çox ziyarətçi var.
Aynur TAC