Rusiyada təyyarə qəzası baş verdi: Ölənlər var
Moskva vilayətinin Kolomna şəhərində təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.
TodayPress TV xəbər verir ki, “Direct Fly” markalı “ALTO NG” model təyyarə Stupino şəhər dairəsində yerləşən “Torbeevo-Start” aerodromundan planlı uçuş həyata keçirirmiş.
İlkin məlumata görə, hava gəmisinin qəzaya uğraması nəticəsində göyərtədə olan hər iki şəxs həyatını itirib.
Hadisənin başvermə şəraiti və səbəbləri araşdırılır.