Rusiya XİN: Ukraynanın təhlükəsizliyi Moskvadan asılıdır
“Ukraynanın təhlükəsizliyinin ən yaxşı qarantiyası Rusiyanın təhlükəsizliyinin açıq-aydın təminatlarıdır, lakin Qərb bu barədə danışmamağa üstünlük verir”.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko “RİA” agentliyinə bildirib.
O vurğulayıb ki, Kiyevin təhlükəsizliyinin ən yaxşı təminatı Rusiyanın təhlükəsizliyinə qəti zəmanətin olması olduğu hər kəs üçün tamamilə aydındır.
Qruşko qeyd edib ki, Moskva Ukrayna ərazisinin Rusiyanın təhlükəsizliyinə təhdidlər üçün "mövcud yer" olmayacağını başa düşsə, Ukraynanın təhlükəsizliyi təmin ediləcək.
Aysel Mətləb