Rusiya Qara dənizdə Türkiyə gəmisini vurdu: Ölənlər var - VİDEO
Rusiyanın Qara dənizdə Türkiyəyə məxsus yük gəmisinə zərbə endirib.
TodayPress TV xəbər verir ki, Ukrayna Hərbi-Dəniz Qüvvələri məlumat yayıb.
Hücum nəticəsində gəmidə güclü yanğın baş verib və ölənlərin olduğu bildirilir.
Açıqlamada qeyd olunub ki, VICTRESS adlı yük gəmisi Türkiyə gəmi sahibinə məxsusdur və Panama bayrağı altında fəaliyyət göstərir. Bildirilir ki, insidentdən sonra gəminin heyəti Ukrayna Hərbi-Dəniz Qüvvələrinin köməyi ilə təxliyə olunub.
Ukrayna tərəfi hücumun pilotsuz uçuş aparatı vasitəsilə həyata keçirildiyini bildirir. Hadisə ilə bağlı Rusiya tərəfi hələlik rəsmi açıqlama verməyib.
Türkan İsgəndərli