Rusiya ordusuna ağır zərbə - VİDEO

Rusiya ordusuna ağır zərbə - VİDEO
29.05.2026 17:35 Dünya

Ukrayna Müdafiə Qüvvələri Rusiya ordusunun təminat xətlərini sıradan çıxarmaq məqsədilə nöqtə zərbələri həyata keçirib.

TodayPress TV xəbər verir ki, Ukrayna Baş Qərargahının yaydığı məlumata görə, əməliyyat zamanı cəbhəboyu və dərin arxa cəbhədə yerləşən logistika mərkəzləri, silah-sursat anbarları və yanacaq daşıyan dəmiryol qatarları hədəf alınıb.

Zərbələr nəticəsində yanacaq çənlərində güclü yanğınlar başlayıb, sursat anbarlarında  partlayışlar qeydə alınıb.

Hərbi ekspertlər bildirirlər ki, bu strateji obyektlərin və qatarların sıradan çıxarılması Rusiya ordusunun ön xətdəki manevr imkanlarını və hücum potensialını əhəmiyyətli dərəcədə zəiflədə bilər.

Hazırda dağıntıların yekun miqyası dəqiqləşdirilir.

Jalə Rövşən 

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər