Rumıniya Hörmüz boğazı ilə bağlı bəyanata qoşuldu

Rumıniya Hörmüz boğazı ilə bağlı bəyanata qoşuldu
21.03.2026 07:30 Dünya

Rumıniya Böyük Britaniya, İtaliya, Niderland, Fransa, Almaniya və Yaponiyanın Hörmüz boğazında gəmiçilik azadlığının təmin edilməsi ilə bağlı bəyanatına qoşulmaq qərarına gəlib.

TodayPress TV xəbər verir ki, bu barədə Rumıniya Prezidenti Nikuşor Dan “Facebook” sosial şəbəkəsində yazıb.

"Bu qərar boğazın bağlanmasının qlobal enerji bazarları, eləcə də qlobal iqtisadiyyat üçün ağır nəticələri fonunda qəbul edilib. Nəticələr, xüsusən də yanacaq qiymətləri Rumıniyada da hiss olunur. Buna görə də, biz qlobal ictimaiyyətin bu qiymətləri əhali üçün dözümlü səviyyədə saxlamaq səylərində iştirak etməyə hazırıq", - deyə lider bildirib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər