Rubio: “Tehrana qarşı hərbi variantları istisna etmirik”
ABŞ Dövlət katibi Marko Rubio Senatda keçirilən dinləmələr zamanı Vaşinqtonun Tehrana qarşı hərbi variantları istisna etmədiyini bildirib.
TodayPress TV xəbər verir ki, Rubio ABŞ-nin Yaxın Şərqdəki hərbi mövcudluğunu artırmaqda davam edəcəyini vurğulayıb.
O, bu hərəkətlərin baş verməyəcəyinə ümid etdiyini desə də, ABŞ-nin bölgədəki heyətini İran təhlükəsindən qorumaq üçün hər cür hərbi qabiliyyətə malik olduğunu qeyd edib:
“İndi ABŞ-nin İran təhlükəsindən müdafiə olunmaq üçün bölgəyə qüvvələr yerləşdirmək qabiliyyətini görürsünüz”.
Xatırladaq ki, bir müddət əvvəl Prezident Donald Tramp böyük Amerika hərbi dəniz qüvvələrinin İrana doğru hərəkət etdiyini bəyan etmişdi.