Robert Köçəryanla bağlı qərar verildi
Ermənistan məhkəməsi sabiq prezident Robert Köçəryanın Baş nazir Nikol Paşinyana qarşı şərəf və ləyaqətin müdafiəsi, eləcə də təzminat tələbi ilə qaldırdığı iddianı təmin etməyib.
TodayPress TV xəbər verir ki, bu barədə "AM Hüquq Şirkəti" məlumat yayıb.
Məlumata görə, İrəvan şəhərinin Birinci İnstansiya Ümumi Yurisdiksiya Məhkəməsi Köçəryanın iddiasını tam şəkildə rədd edib.
Qərarda bildirilib ki, Paşinyanın səsləndirdiyi "rüşvətxor" ifadəsi qiymətləndirici mülahizə xarakteri daşıyır və faktiki əsaslara söykənir. Məhkəmə qərar qəbul edərkən Ermənistan Kassasiya Məhkəməsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə istinad edib.
Beləliklə, məhkəmə iddiaçının təqdim etdiyi sübutların iddianın təmin olunması üçün kifayət etmədiyi qənaətinə gəlib.