Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz!

Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz!
31.07.2026 12:06 İdman

Xabi Alonso FIFA-nın dünya çempionatı ilə bağlı planına münasibət bildirib.

TodayPress TV xəbər verir ki, Londonun “Çelsi” klubunun baş məşqçisi Xabi Alonso FIFA-nın dünya çempionatı və digər iri turnirlərin kommersiya hüquqlarının bir hissəsini özəl investorlara satmaq planı ilə bağlı fikirlərini bölüşüb.

İspan mütəxəssis futbolun kommersiyalaşdırılmasının əleyhinə olduğunu vurğulayıb.

“Futbol insanlar üçündür. O, özəl qurumların əlində olmamalıdır. Ümid edirəm ki, bu baş verməyəcək və hamımızın sevdiyi bu oyunu əvvəlki kimi cəlbedici və orijinal şəkildə qoruyub saxlaya biləcəyik”, – deyə Alonso bildirib.

Qeyd edək ki, daha əvvəl UEFA və KONKAKAF FIFA-nın planlaşdırdığı islahatlara etiraz edərək, dəyişikliklər təsdiqlənəcəyi təqdirdə turnirləri boykot edə biləcəklərini açıqlamışdılar.

Namiq HUN

XƏBƏR LENTİ
31 IYUL 2026
Bütün Xəbərlər