HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq

HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq
31.07.2026 13:48 Dünya

HƏMAS sülh razılaşması qüvvəyə minəcəyi təqdirdə silahlarını Fələstin Milli Komitəsinə təhvil verməyə hazır olduğunu bəyan edib.

TodayPress TV xəbər verir ki, bu barədə HƏMAS-ın danışıqlarda iştirak edən nümayəndəsi Qazi Həmmad "Reuters" agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, tərəflər razılaşmanın mətnini təsdiqlədikdən sonra İsrail sazişin birinci mərhələsinin icrasına başlamalıdır.

Qazi Həmmad qeyd edib ki, bundan sonra Fələstin Milli Komitəsi və beynəlxalq qüvvələr Qəzza zolağına daxil olmalı, İsrailin dəstəklədiyi silahlı qrupların tərksilahını təmin etməlidir.

HƏMAS rəsmisi vurğulayıb ki, təşkilatın silahları təhvil verməsi yalnız İsrail qoşunlarının Qəzza zolağından tam çıxarılması şərti ilə mümkün olacaq.

Jalə Rövşən 

XƏBƏR LENTİ
31 IYUL 2026
Bütün Xəbərlər