Qrossi Zaporojye AES-ə səfər etməyi planlaşdırır

Qrossi Zaporojye AES-ə səfər etməyi planlaşdırır
09.06.2025 16:02 Dünya

Beynəlxalq Atom Enerjisi Agentliyi (AEBA) direktoru Rafael Qrossi Zaporojye Atom Elektrik Stansiyasına (AES) yenidən səfər etməyi planlaşdırdığını açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

“Mən mütləq geri qayıdacağam”, - deyə Qrossi mətbuat konfransında bildirib.

Qrossinin sözlərinə görə, Zaporojyedəki vəziyyət stabil olaraq qalır, lakin mövcud şəraitdə stansiyanın yenidən işə salınması məqsədəuyğun deyil.

Qeyd edək ki, hazırda stansiya Rusiya nəzarətindədir və beynəlxalq ictimaiyyət onun təhlükəsizliyi ilə bağlı narahatlığını davam etdirir. AEBA stansiyada müntəzəm monitorinq həyata keçirməkdə davam edir.

Töhfə Səməd

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər