"Qiyamət radiosu" yeni mesaj yayımladı

"Qiyamət radiosu" yeni mesaj yayımladı
14.04.2026 19:45 Dünya

“Qiyamət Radio Stansiyası” kimi tanınan UVB-76 aprelin 14-də növbəti sirli mesajını yayımlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə stansiyanın fəaliyyətini izləyən “UVB-76 Logi” "Telegram" kanalı məlumat yayıb.

Məlumata görə, yayımlanan mesaj “NZhTI 24099 BORTOGRAPH 5211 9366” olub. Çıxış Bakı vaxtı ilə saat 16:00-dan sonra qeydə alınıb.

Bundan əvvəl stansiya “Hire” sözü və müxtəlif hərf-rəqəm kombinasiyaları səsləndirib.

Qeyd edək ki, UVB-76 radiostansiyası 1970-ci illərdən fəaliyyət göstərir və adətən fasiləsiz vızıltı səsi yayır. Stansiyanın Soyuq Müharibə dövründə yaradıldığı və bu gün də istifadə olunduğu ehtimal edilir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər