Qazaxıstan Prezidenti Pakistana dövlət səfəri edəcək
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 3-4 fevral tarixlərində Pakistana dövlət səfəri edəcək.
TodayPress TV xəbər verir ki, bu barədə "Akorda"nın mətbuat xidməti məlumat yayıb.
Səfər zamanı Pakistanın Prezidenti Asif Əli Zərdari və Baş nazir Şahbaz Şərif ilə danışıqlar planlaşdırılır.
Tərəflər siyasi dialoqun gücləndirilməsi, eləcə də ticarət, iqtisadi, mədəni və humanitar əməkdaşlığın inkişaf etdirilməsi perspektivlərini müzakirə edəcəklər.
Tokayevin həmçinin Pakistan - Qazaxıstan biznes forumunda da iştirakı gözlənilir.
Aysel Mətləb