Putin və Tramp arasında telefon danışığı 1 saatdan çox davam etdi

Putin və Tramp arasında telefon danışığı 1 saatdan çox davam etdi
28.12.2025 23:00 Dünya

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı 1 saat 15 dəqiqə davam edib.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

Uşakov bildirib ki, danışığın əvvəlində prezidentlər Milad və Yeni il bayramları münasibətilə səmimi təbriklərini çatdırıblar. O əlavə edib ki, dialoq dostluq, mehriban və işgüzar ruhda keçib və tərəflər Ukrayna konflikti üzrə uzunmüddətli həll yolunu tapmaq üçün qarşılıqlı maraq göstəriblər. Tramp qeyd edib ki, bu məlumatları Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqları zamanı nəzərə alacaq.

TodayPress TV

XƏBƏR LENTİ
25 IYUN 2026
Bütün Xəbərlər