Putin Qarabağ ermənilərindən canlı bomba hazırlayır
Rusiya Prezidenti Vladimir Putin 2020-ci il Qarabağ müharibəsindən sonra aparılan danışıqlarla bağlı yeni açıqlama verib.
TodayPress TV xəbər verir ki, Putinin sözlərinə görə, Rusiyanın təklifləri arasında Qarabağdakı erməni əhalisinin Azərbaycan nəzarəti altında qalması və onların təhlükəsizliyinə təminat verilməsi də olub.
Rusiya lideri bildirib ki, o, Azərbaycan Prezidenti İlham Əliyevin ermənilərə zərər verməyəcəyinə inanırdı. Putin Əliyevi “müasir və ağıllı insan” kimi xarakterizə edərək, onun Qarabağ ermənilərinin maraqlarını qorumağa çalışacağını düşündüyünü deyib.
Putin iddia edib ki, Ermənistan rəhbərliyi Rusiyanın bu təkliflərini qəbul etməyib.
Bu açıqlama Moskvanın Qarabağda 2020-ci ildən sonrakı proseslərə yanaşmasının dəyişdiyini göstərir. Rusiya məsələni yalnız Azərbaycanın Qarabağ üzərində nəzarəti bərpa etməsi kimi deyil, həm də erməni əhalisinin bölgədə qalmasını nəzərdə tutan bir razılaşmanın mümkün olduğu, lakin Ermənistan tərəfindən qəbul edilmədiyi formada təqdim edir.
Putinin açıqlamaları həmçinin Moskvanın Qarabağdakı əvvəlki status-kvonun sona çatmasında Ermənistan rəhbərliyinin də məsuliyyət daşıdığını vurğulamaq istədiyini göstərir.
Türkan İsgəndərli