KİV: Pezeşkianın təyyarəsi təcili eniş etdi

KİV: Pezeşkianın təyyarəsi təcili eniş etdi
02.09.2026 11:34 Dünya

İran Prezidenti Məsud Pezeşkianın təyyarəsi Qırğızıstandan rəsmi səfərdən qayıdarkən Rəşt şəhərinə təcili eniş edib.

TodayPress TV  xəbər verir ki, bu barədə İsrailin 12-ci kanalı məlumat yayıb.

İranın “Mehr” agentliyinin məlumatına görə isə, sentyabrın 1-i axşam saatlarında Tehranın şərq hissəsində hava hücumundan müdafiə sistemləri işə salınıb.

Həmin vaxt  İran Prezidenti Məsud Pezeşkian Şanxay Əməkdaşlıq Təşkilatının sammitinin keçirildiyi Bişkekdən qayıdırmış.

İran KİV yazır ki, HHM sistemlərinin işə düşməsi fonunda Pezeşkianın təyyarəsi başqa istiqamətə yönləndirilib.


XƏBƏR LENTİ
02 SENTYABR 2026
Bütün Xəbərlər