Polşada yeni ədliyyə naziri kütləvi kadr dəyişikliyi edir

Polşada yeni ədliyyə naziri kütləvi kadr dəyişikliyi edir
31.07.2025 16:21 Dünya

Polşanın yeni ədliyyə naziri və Baş prokuroru Valdemar Zurek vəzifəyə başladıqdan dərhal sonra hakimlər və nazirlik əməkdaşlarını kütləvi şəkildə işdən çıxarmağa başlayıb. 

TodayPress TV xəbər verir ki, bu barədə "Polsat" telekanalı məlumat yayıb.

Zurek bildirib ki, yalnız islahatlara sadiq və təxribat törətməyəcək şəxsləri işə götürmək niyyətindədir. Onun sözlərinə görə, əsas məqsədi “qanunun aliliyini bərpa etmək” və ədliyyə sistemində səmərəli dəyişikliklər aparmaqdır.

Telekanalın məlumatına görə, nazir vəzifəsinin ilk günlərində 46 məhkəmə sədri və sədr müavinini, eləcə də Ədliyyə Nazirliyinin 9 əməkdaşını vəzifəsindən azad edib.

Xatırladaq ki, iyulun 23-də Baş nazir Donald Tusk Valdemar Zureki Ədliyyə Naziri və Adam Bodnarı Baş Prokuror vəzifəsinə təyin edib. Bu dəyişikliklər Polşada ədliyyə sistemində ciddi islahatların başlanğıcı kimi qiymətləndirilir.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
02 IYUN 2026
BƏƏ-dən İLK: Çoxməhsullu neft kəməri inşa edilir 23:03 Türkiyə Sudanda sülh üçün səylərini davam etdirəcək 22:16 “Ruslar bizim Ermənistandakı mövcudluğumuzdan narazıdırlar" - Rubio Moskvaya işarə etdi 22:46 İsveç bu şəxslər üçün yaşayış icazəsi şərtlərini sərtləşdirir 21:03 Türkiyə millisi Dünya Çempionatı üçün ABŞ-yə yola düşdü 22:32 Bu ölkə məktəblərdə telefondan istifadəni qadağan etdi 21:00 Bakıda güclü külək binanın fasadını uçurtdu – VİDEO 20:50 "Danışıqlar fasiləsiz davam edir" - Tramp bəyan etdi 21:40 Hörmüz boğazının bağlanmasının ağır nəticələri açıqlandı 20:38 İsrail və Livanda nə baş verir? 21:25 Gənc avarçəkənlərimiz Qazaxıstanda tam heyətlə medal qazandılar 21:15 Bakı daha bir mühüm tədbirə ev sahibliyi edəcək 20:27 Türkiyədən Yaxın Şərqlə bağlı diqqətçəkən açıqlama: "İsrail sabitliyə can atmır" 18:45 "Bütün dünya buna qarşıdır" - Rubio İrana qarşı beynəlxalq mövqedən danışdı 20:23 ABŞ kəşfiyyatında yeni dövr: Trampdan mühüm təyinat 18:59 İran iqtisadiyyatı SOS siqnalı verir: 1942-ci ildən bəri ən ağır inflyasiya 20:19 Kanada və Azərbaycanın XİN rəhbərləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdilər - YENİLƏNDİ 19:42 Əfqanıstanın Baş naziri İlham Əliyevi təbrik etdi 20:08 Ermənistan vətəndaşlarının apellyasiya məhkəməsində vəsatətlərə baxıldı 20:02 Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə oldu 19:54 İsrail döyüş təyyarələri yenidən Nəbatiyyəni hədəfə aldı - VİDEO 19:52 "İrandakı rejim parçalanmış vəziyyətdədir" - Rubio 19:38 Sahibə Qafarova Serbiyada gender bərabərliyinin təmin edilməsinin vacibliyindən danışdı 19:27 Milli Məclisdə Türkiyə nümayəndə heyəti ilə görüş keçirildi 19:19 Bakı Dünya Kubokuna hazırlaşır: Su İdmanı Sarayında müvəqqəti dəyişikliklər 19:09 Bütün Xəbərlər