Peskov: "Moskva BƏƏ-dəki danışıqlarla bağlı daimi məlumat almır"

Peskov: "Moskva BƏƏ-dəki danışıqlarla bağlı daimi məlumat  almır"
04.02.2026 14:55 Dünya

Əbu-Dabidə Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlar fevralın 4-də davam edir. 

TodayPress TV "TASS"a istinadən xəbər verir ki, bunu  Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib.

Kremlin sözçüsü qeyd edib ki, Moskva BƏƏ-də məsləhətləşmələrin vəziyyəti barədə "daimi məlumat" almır.

"Onlar hər halda bu gün Əbu-Dabidə baş verəcək", – deyə Peskov vurğulayıb.

Danışıqların fevralın 5-də BƏƏ-nin paytaxtında Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin iştirakı ilə üçtərəfli formatda keçirilməsi gözlənilir.

Jalə Rövşən 

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər