Pekin riskə getmədi: Husilərdən xüsusi icazə aldı

Pekin riskə getmədi: Husilərdən xüsusi icazə aldı
29.07.2026 05:16 Dünya

Çin Qırmızı dənizdə öz neft tankerlərinin təhlükəsiz keçidini təmin etmək məqsədilə Yəməndəki husilərlə birbaşa danışıqlar aparıb.

TodayPress TV Reuters-ə istinadən xəbər verir ki, danışıqlar husilərin İran ətrafındakı gərginlik fonunda Səudiyyə Ərəbistanı limanları ilə əlaqəli gəmilərə hücum edəcəkləri barədə xəbərdarlıq etməsindən sonra baş tutub.

Məlumata əsasən, Pekin öz gəmiləri üçün husilərdən fərdi keçid icazələri alır. Təhlükəsizlik riski səbəbindən digər neft tankerlərinin bir çoxu isə marşrutlarını dəyişmək məcburiyyətində qalıb.

Bildirilib ki, məhdudiyyətlər tətbiq edildikdən sonra Səudiyyə Ərəbistanından Çinə neft daşıyan azı dörd tanker Bab əl-Məndəb boğazından keçib.

XƏBƏR LENTİ
29 IYUL 2026
Bütün Xəbərlər