Türkiyə qonşusundan milyonluq təklif aldı

Türkiyə qonşusundan milyonluq təklif aldı
28.07.2026 22:26 Dünya

İraq Türkiyəyə 1 milyon barrel neft tədarük etməyə hazırdır.

TodayPress TV xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın Baş naziri Əli əz-Zeyd ilə Ankarada keçirilən birgə mətbuat konfransında bildirib.

Ərdoğanın sözlərinə görə, İraq tərəfi Türkiyəyə bu həcmdə neft göndərə biləcəklərini qeyd edib.

“Baş nazir dedi ki, biz Türkiyəyə 1 milyon barrel neft verə bilərik. Başqalarından asılı olmayın. Bəli, heç kimdən asılı olmağa ehtiyac yoxdur, qonşumuz yanımızdadır”, - deyə Ərdoğan bildirib.

Türkiyə lideri vurğulayıb ki, İraq neftinin tədarükü ölkənin enerji ehtiyaclarının bir hissəsinin qarşılanmasına imkan verəcək.

Kübra Musayeva

XƏBƏR LENTİ
29 IYUL 2026
Bütün Xəbərlər