Bakıya gələn erməni məşqçi elə sözlər dedi ki…

Bakıya gələn erməni məşqçi elə sözlər dedi ki…
28.07.2026 21:52 İdman

Ermənistanın U17 güləş üzrə milli komandasının baş məşqçisi Qaqik Xaçatryan Bakıda keçirilən yarışlarla bağlı fikirlərini bölüşüb.

TodayPress TV xəbər verir ki, Xaçatryan komandasının çıxışını dəyərləndirərək bildirib ki, bu gün bir idmançıları finala yüksəlib, biri bürünc medal qazanıb, digər güləşçi isə beşinci yeri tutub.

Baş məşqçi qeyd edib ki, daha iki idmançı təsəlliverici görüşlərdə mübarizə apararaq final mərhələsinə yüksəlməyə çalışacaq.

Xaçatryan Bakı haqqında fikirlərinin müsbət olduğunu vurğulayıb və yarışların yüksək səviyyədə təşkil edildiyini bildirib.

“Uzun illərdir məşqçi kimi fəaliyyət göstərirəm və bizi hər zaman belə qarşılamayıblar”, - deyə o qeyd edib.

Erməni məşqçi daha əvvəl də Bakıda olduğunu xatırladaraq şəhərin son illərdə xeyli inkişaf etdiyini deyib. Onun sözlərinə görə, yeni yollar, parklar və şəhər infrastrukturu onda müsbət təəssürat yaradıb.

Xaçatryan azarkeşlərin münasibətindən də danışaraq bildirib ki, onlar komandaya mehriban yanaşıblar və ədalətli mübarizəni dəstəkləyiblər.

XƏBƏR LENTİ
28 IYUL 2026
Bütün Xəbərlər