Ölümcül virus yayılır: Çilidə fövqəladə sanitariya həyəcanı elan edildi

Ölümcül virus yayılır: Çilidə fövqəladə sanitariya həyəcanı elan edildi
29.07.2026 04:22 Dünya

Çilidə hantavirusa yoluxma nəticəsində ölüm hallarının artması səbəbindən ölkədə sanitariya-epidemioloji həyəcan elan edilib.

TodayPress TV xəbər verir ki, bu barədə Çilinin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hantavirusla bağlı ilk dəfə olaraq sanitariya həyəcanı elan olunub. Qərar Atakama bölgəsindən Maqalyanesə qədər olan bütün əraziləri əhatə edir.

Nazirlikdən verilən məlumata görə, sanitariya-epidemioloji həyəcan rejimi 2027-ci il iyulun 31-dək qüvvədə olacaq. Məqsəd virusun yayılmasının qarşısını almaq və operativ profilaktik tədbirlərin həyata keçirilməsidir.

XƏBƏR LENTİ
29 IYUL 2026
Bütün Xəbərlər