Paşinyan: "İranla strateji tərəfdaşlıq sənədi imzalamaq istəyirik"
"Ermənistan İranla strateji tərəfdaşlıq sənədi imzalamaq istəyir".
TodayPress TV xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərlə söhbəti zamanı deyib.
O, Tehranla münasibətlərin dinamik inkişafını yüksək qiymətləndirib:
"İranla münasibətlərimiz çox yüksək səviyyədədir. Biz İranla strateji tərəfdaşlıq haqqında sənəd imzalamaq istəyirik".
Aysel Mətləb