Paşinyan çevrilişin qarşısını alanlara mükafat verilməsini təklif etdi

Paşinyan çevrilişin qarşısını alanlara mükafat verilməsini təklif etdi
26.06.2025 12:30 Dünya

Ermənistanın Baş naziri Nikol Paşinyan dövlət çevrilişi cəhdinin qarşısını alan hüquq-mühafizə orqanlarının əməkdaşlarının təltif olunmasını prezidentə təklif edib.

TodayPress TV xəbər verir ki, bu barədə Paşinyan hökumətin iclasında çıxış edərək bildirib:

“Dövlətçiliyə qarşı cinayət ifşa olunub. Əminəm ki, istintaq effektiv aparılacaq.”

Xatırladaq ki, iyunun 25-də arxiyepiskop Baqrat Qalstanyanın da daxil olduğu 16 nəfər “çevriliş cəhdi” ittihamı ilə saxlanılıb, 90-dan çox ünvanda axtarış aparılıb. Qalstanyan 2 ay müddətinə həbs edilib.

Qiymət Mahir

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər