Paşinyan Brüsselə səfərə getdi
Ermənistanın Baş naziri Nikol Paşinyan iyulun 14-də Brüsselə işgüzar səfərə yollanıb.
TodayPress TV Ermənistan KİV-ə istinadən xəbər verir ki, səfər çərçivəsində Paşinyanın Avropa İttifaqı Şurasının sədri Antoniu Koşta və Avropa Komissiyasının sədri Ursula Fon der Lyayenlə üçtərəfli görüşü planlaşdırılıb.
Bundan əlavə, Paşinyan Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kosa və Belçikanın Baş naziri Bart de Veverlə də ayrıca görüşlər keçirəcək.
Qiymət Mahir