Pakistan və Qətər rəhbərləri Bürgenştok danışıqlarını müzakirə etdi

Pakistan və Qətər rəhbərləri Bürgenştok danışıqlarını müzakirə etdi
24.06.2026 18:30 Dünya

Pakisatan Baş naziri Şahbaz Şərifə Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdürrəhman bin Casim Al Tani tərəfindən telefon zəngi gəlib.

TodayPress TV xəbər verir ki, bu barədə Baş nazirin ofisindən məlumat verilib.

Pakistan tərəfindən yayılan bəyanatda bildirilir ki, tərəflər ABŞ ilə İran arasında tarixi İslamabad Anlaşma Memorandumunun imzalanması ilə nəticələnən uğurlu diplomatik səyləri müzakirə ediblər.

"Hər iki lider Bürgenştokda keçirilən texniki səviyyəli danışıqların ilk raundundan məmnunluqlarını ifadə ediblər və danışıqların uğurla nəticələnməsi üçün müsbət dinamikanın davam etdirilməsinin vacibliyini vurğulayıblar", - deyə bəyanatda qeyd olunur.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
25 IYUN 2026
Bütün Xəbərlər