Pakistan İranın İsrailə raket zərbəsi endirməsinə mane oldu
Dünya
09.04.2026 22:13
“İranın aprelin 8-i gecə İsrailə raket atmağına cəmi bir neçə dəqiqə qalmışdı, lakin Pakistan müdaxilə etdi”.
TodayPress TV xəbər verir ki, bu barədə “Al Mayadeen” məlumat yayıb.
Məlumata görə, İranın Ali Lideri Müctəba Xamenei Hörmüz boğazının bundan sonra yeni bir idarəetmə altında olacağını və düşmənin vurulan hər bir zərərə görə onlara təzminat ödəyəcəyini bəyan edib:
“Hüquqlarımızdan heç bir şəkildə imtina etməyəcəyik və bu çərçivədə bütün müqavimət oxunu vahid bir bütöv kimi görürük”.
Eyni zamanda İranın parlament sədri Məhəmməd Baqir Qalibaf vurğulayıb ki, atəşkəsi pozmağın müəyyən cavabları var və ciddi reaksiyalarla qarşılaşacaq. O əlavə edib ki, atəş dərhal dayandırılmalıdır.
Aysel Mətləb
tag: İran,İsrail,Pakistan,Müctəba,TodayPress TV,
