Orban Ukrayna böhranı üçün Avropaya üç addım təklif etdi
Macarıstanın Baş naziri Viktor Orban Ukrayna ətrafındakı böhrandan çıxmaq üçün Avropaya üç əsas addım atmağı təklif edib.
TodayPress TV xəbər verir ki, onun açıqlamasını “Clash Report” yayıb.
Orbanın sözlərinə görə, ilk addım müharibəni dayandırmaq və sülhə nail olmaqdır, çünki müharibə biznesə ciddi zərər vurur.
İkinci addım kimi o, Avropa ölkələrinə öz rəqabət qabiliyyətlərini qorumaq üçün vəsaitlərini başqa ölkələrə, xüsusilə də Ukraynaya göndərməməyi tövsiyə edib.
Üçüncü addım isə enerji daşıyıcılarının qiymətlərinin mümkün qədər aşağı salınmasıdır. Orban bildirib ki, bu tədbirlər böhrandan çıxış üçün kifayət qədər sadə və aydındır.
Aysel Mətləb