Orban Aİ sammitində Rusiyadan neft almaq hüququnu müdafiə edəcək
Macarıstan Rusiyadan neft almaq hüququnu martın 19-u Brüsseldə keçirilməsi planlaşdırılan Avropa İttifaqı sammitində müdafiə edəcək.
TodayPress TV xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban seçkiqabağı görüşdə bildirib.
"Brüsseldə döyüşlə qarşılaşacağıq, çünki bildiyiniz kimi, ukraynalılar və Ukrayna Prezidenti Volodimir Zelenski Macarıstanın neftə çıxışını kəsmək və “Drujba” boru kəmərini bağlamaq qərarına gəliblər", - deyə Baş nazir vurğulayıb.
Aysel Mətləb