NYT: Rusiya Finlandiya sərhədində hərbi gücünü artırır

NYT: Rusiya Finlandiya sərhədində hərbi gücünü artırır
19.05.2025 10:01 Dünya

Ukraynada davam edən müharibə fonunda Rusiya Finlandiya ilə sərhəddə yeni gərginlik ocağı yaradır. 

TodayPress TV xəbər verir ki, bu barədə məlumatı “The New York Times” (NYT) yayıb.

Nəşr peyk görüntülərinə istinadən yazıb ki, Rusiya Finlandiya sərhədi yaxınlığında infrastruktur qurur, qırıcılar üçün sığınacaqlar və hərbi texnika anbarları tikir. 

“Çadırlar, döyüş təyyarələri üçün örtüklər və texnika üçün anbarlar Rusiyanın NATO-nun yeni üzvü olan ölkəyə yaxınlığında hərbi iştirakını artırdığını göstərir” deyə məqalədə qeyd olunur.

Qiymət Mahir

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər