Nil çayında faciə: 16 nəfərdən cəmi dördü xilas oldu

Nil çayında faciə: 16 nəfərdən cəmi dördü xilas oldu
15.02.2026 15:15 Dünya

Sudanda Nil çayında sərnişin-yük bərəsi batıb, göyərtədə olan 16 nəfərdən yalnız dördü sağ qalıb.

TodayPress TV xəbər verir ki, bu barədə "AlSudani" nəşri Sudan Həkimlər Şəbəkəsinə istinadən məlumat yayıb.

Bildirilib ki, hadisə Ağ Nil ştatının Vad-əl-Zaki bölgəsində baş verib. Hazırda çayda axtarış-xilasetmə əməliyyatı davam etdirilir. Həkimlər vurğulayıblar ki, bu, son vaxtlar Nil çayında sərnişin bərəsinin ikinci qəzaya uğramasıdır.

Sudan Həkimlər Şəbəkəsinin bəyanatında qeyd olunub ki, bu hallar çay nəqliyyatında ciddi təhlükəsizlik qaydalarının və müntəzəm yoxlamaların olmaması səbəbindən narahatedici tendensiyanı göstərir və mülki əhalinin həyatı üçün riskləri artırır.

Qiymət Mahir

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər