Niderlandda “Haribo” fəlakəti: Uşaq komaya düşdü

Niderlandda “Haribo” fəlakəti: Uşaq komaya düşdü
04.06.2025 17:19 Dünya

Niderlandın Almelo şəhərində azyaşlı uşaq “Haribo” markalı konfet yedikdən sonra komaya düşüb.

TodayPress TV xəbər verir ki, bu barədə “VRT News” kanalı xəstəxana nümayəndəsinə istinadla məlumat yayıb.

“İki uşaq xəstəxanaya gətirilmişdi. Onlardan biri ağır komatoz vəziyyətdə idi və ixtisaslaşmış tibb mərkəzinə köçürüldü. Hazırda hər iki uşağın vəziyyəti stabildir”, – deyə xəstəxanadan bildirilib.

Zərərçəkənlər məktəbəqədər yaşlı uşaqlardır. İlkin araşdırmalar nəticəsində məlum olub ki, konfetlərin tərkibində narkotik maddə olan kannabis olub.

Hazırda Niderland hüquq-mühafizə orqanları hadisəni araşdırır. Məqsəd narkotik maddənin konfet qablaşdırmasına necə düşdüyünü müəyyənləşdirməkdir.

Qeyd edək ki, Niderland Kənd Təsərrüfatı Nazirliyi yanında Qida Təhlükəsizliyi və İstehlakçı Mühafizəsi İdarəsi (NVWA) 29 mayda “Haribo” konfetlərində kannabisin aşkarlandığını təsdiqləyib. Buna görə də bu məhsullar satışdan geri çağırılıb.

Məlumata görə, bu konfetlərdən istifadə edən bir neçə nəfərdə narahatlıq və səhhət problemi yaranıb. Belçikada da eyni səbəbdən “Haribo Happy Cola F!ZZ” markalı, 2026-cı ilin yanvarına qədər yararlılıq müddəti olan 1 kq-lıq konfet partiyası satışdan çıxarılıb.

Qiymət Mahir

XƏBƏR LENTİ
02 IYUN 2026
Türkiyə azarkeşlərinin gözlədiyi siyahı açıqlandı 15:11 Yeni yaradılan Agentliyin büdcəsi necə formalaşacaq? - DETALLAR 15:02 Avropa Liqası öncəsi “Qarabağ” Avstriyaya yollanacaq 14:43 Bu sənədi almaq "ASAN"laşır 14:41 Rusiya özündən çıxıb, Azərbaycanda edə bilmədiklərinin əvəzini İrəvandan çıxacaq 14:41 Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı - FƏRMAN 14:30 Şəhidin həyat yoldaşını qayınatası "qanpulu"na görə öldürüb? - Ölkə cavab axtarır, niyə? 14:24 Titullar hər şeydir: futbol nəhənglərinin fərqli strategiyası 14:17 Abşeron Türkiyəni zülmətdən xilas edəcək - qlobal layihə vizasını aldı 13:59 Usikin yeni rəqibi bəlli oldu: qarşıda məğlubedilməz boksçu var 13:56 Rusiyadan göndərilən seçki alverçilərini İrəvan aeroportunda qapazladılar 13:55 Yayda su içmək əvəzinə bu meyvələrdən yeyin 13:51 “Liverpul”dan sürpriz qərar: yeni baş məşqçi bəllidir! 13:44 İlk dəfə açıqlanır: Bu dəhşətli qışda Ukraynanı Azərbaycan ölümdən xilas edib 13:39 20 ballıq cərimə limiti artırılır? - VİDEO 13:38 Dünya çempionluğu Keyni “Qızıl top”a yaxınlaşdıra bilər 13:35 Tennis əfsanəsinin dönüşü dünyanı təəccübləndirdi 13:25 "Elçibəy" Ermənistanı uçuruma aparır... 13:20 Simonyan: Azərbaycana gedirəm, Sahibə xanım dəvət etdi 13:12 NBA finalı üçün uşaqlara gec yatmağa “rəsmi icazə” verildi 13:07 Meteohəssas vətəndaşların nəzərinə: Atmosfer təzyiqi enir 12:59 Sabiq deputat VƏFAT ETDİ 12:57 Ermənistanda hərbçinin meyiti aşkarlandı 12:55 İcarə müddəti başa çatan futbolçular klubdan getdi 12:40 Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ! 12:35 Bütün Xəbərlər