Niderland fişənglərin istifadəsi qadağan edilir
Niderland parlamenti gələn ildən etibarən petardaların və fişənglərin istifadəsini tam qadağan etmək barədə qərar qəbul edib.
TodayPress TV xəbər verir ki, yeni qaydalara əsasən fişənglərdən yalnız peşəkar atəşfəşanlıq şoularını təşkil edən şəxslərə istifadə etməyə icazə veriləcək.
Qadağa qərarı fonunda ölkədə fişəng satışlarında ciddi artım müşahidə olunur. Proqnozlara görə, bu il satış həcmi 2024-cü illə müqayisədə təxminən 20 faiz çox olacaq.
Türkan İsgəndərli